Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğınla bağlı bölgəyə gedib. Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Bildirilib ki, Türkiyə Prezidenti və xanımı Əminə Ərdoğan bu faciədə həyatını itirənlərin dəfn mərasimlərində iştirak edəcəklər.
Xatırladaq ki, dünən gecə saatlarından başlayaraq Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında 76 nəfər həyatını itirib. Yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib. Bizim.Media