Bu gün Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsində yaralananların sayı 23-ə çatıb. Bu barədə Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın Cənub bürosuna məlumat verilib. Xatırladaq ki, Lənkəran-Boradigah-Masallı yolunun şəhər ərazisindən keçən hissəsində "VAZ" markalı avtomobil ilə "Isuzu" markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi, lakin yaralıların sayı son məlumatlara görə 23-ə yüksəlib.
Xəsarət alan şəxslər aşağıdakılardır: 1. Kərimova Akifə Aşur - 1965 2. Ramazanzadə Xəqani Fizuli - 1991 3. Manafova Jalə Xankişi - 1989 4. Cəfərova Günay Natiq - 1982 5. Əliyeva Gülnar Şəmşir - 1985 6. Qəmbərov Yusif İbrahim - 1968 7. Hüseynov Cəvahir Rövşən - 2008 8. Bayramova Ulduz Sədaqət - 1989 9. Xudaverdiyev Səttar Ramin - 2003 10. Axundzadə Könül Xaliq - 2002 11. Əlizadə Əlifağa Xudu - 1995 12. Allahverdiyeva Rüqǝyya Ramil 2016 13. Ağazadə Yusif Vüqar - 2013 14. Hüseynova Sevda Qurban - 1992 15. Zəkiyeva Ülkər Maksud - 1994 16. Məmmədova Aygün Şamil - 1963 17. Xudaveridiyeva Nuridə - 1979 18. Əkbərov Çingiz Əşrəf - 1984 19.Əkbərzadə Maksum Şahid - 2002 20. Əliyeva Nuranə Rafiq -1981 21. Əhmədova Nazilə Cəfər - 1955 22. Babayeva Arzu Azad - 1985 23. Rüstəmov Hümmət Fizuli - 1975 Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir. Sabutay, Bizim.Media, Cənub bürosu