Digər

Sabiq vəzifəli şəxs CƏRİMƏLƏNDİ - Dustağa telefon aparıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsində nəzarətçi işləmiş şəxs saxlanılıb. Bizim.Media "qaynarinfo.az"a istinadən xəbər verir ki, sözügedən vəzifədə çalışmış, 1996-cı ildə Bakı şəhərində anadan olmuş Niyaməddin Y. barəsində Cinayət Məcəlləsinin 308.1 və 317- 1.2-ci maddələri ilə cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.  

2019-cu ildən ədliyyə orqanlarında qulluğa qəbul olmuş və həmin tarixdən Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsində nəzarətçi vəzifəsinə təyin olunmuş Niyaməddin sözügedən əşyaları Elvin adlı qonşusunun xahişi ilə Kənana çatdırıb. İşin üstü açıldıqdan sonra Niyaməddin vəzifəsindən kənarlaşdırılıb və barəsində cinayət işi açılıb. Məhkəmənin qərarı ilə Niyaməddinə iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 000 manat miqdarında cərimə cəzası təyin edilib. Bizim.Media