Məşhur futbolçu Mahir Emreli paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, idmançının sevgilisi Dilara Salim Mahirlə birgə gəzinti zamanı çəkilən fotosunu instaqram səhifəsində yayımlayıb. Həmin şəkli instaqramda "repost" edən Mahir "Bazar günü gəzintisi" şərhini yazaraq ürək "emojisi"ni əlavə edib. Qeyd edək ki, Dilarə Salim Türkiyə vətəndaşıdır. Mahir bu il "Nürnberg" futbol klubuna transfer edilib. O, hazırda eşq yaşadığı Dilarə ilə Almaniyada tanış olub. Bizim.Media