Elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da media üçün üçün keçirilən brifinq zamanı rus bölməsində ədəbiyyat fənninin də Azərbaycan dilində keçiriləcəyini bildirdi. “Müasir, müstəqil dövrümüzdə Azərbaycan vətəndaşları öz dillərini yaxşı bilməlidirlər", - nazir deyib. Lakin məktəblərin rus bölməsində tədris olunan Azərbaycan tarixindən sonra ədəbiyyat fənninin də ana dilində keçiriləcəyi müzakirələrə səbəb oldu. Maraqlıdır, rus bölməsində Ədəbiyyat fənninin Azərbaycan dilində tədrisi hansı töhfələri verəcək? Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Adil Vəliyev Bizim.Media- ya danışıb. O, bildirib ki, fənnin Azərbaycanca tədris edilməsi özündə bir çox amilləri əhatə edəcək.
Hesab edirəm ki, Azərbaycanda təhsil alan hər bir şagird öz dilini yaxşı səviyyədə bilməlidir”,- deyə ekspert vurğulayıb. Ayşən Rəhim, Bizim.Media