Macarıstan "Ferentsvaroş"undan transfer edilmiş Kadi Borges "Qarabağ" klubunun ən bahalı futbolçusuna çevrilib. Bizim.Media sportinfo.az-a istinadən xəbər verir ki, fevralın 4-də Ağdam təmsilçisi ilə 4 illik müqaviləyə imza atan Kadinin bazar dəyəri 2,5 milyon avro təşkil edir. Onun əvəzinə "Ferentsvaroş"a verilən Julio Romaonun qiyməti isə 800 min avrodur. İkinci sırada 2 milyon avro ilə Leandro Andrade qərarlaşıb. İlk üçlüyü isə 1,8 milyon avro ilə Nəriman Axundzadə və Oleksey Kaşuk qapayırlar. "Köhlən atlar"ın əfsanəsi Riçard Almeyda hazırkı heyətin ən ucuz futbolçusudur - 100 min avro. Son Azərbaycan çempionunun heyətinin ümumi dəyəri 22 milyon 350 min avrodur. "Qarabağ"ın hazırkı futbolçularının bazar dəyəri: 1. Kadi Borges - 2,5 milyon avro 2. Leandro Andrade - 2 milyon avro 3. Oleksey Kaşuk - 1,8 milyon avro 4. Nəriman Axundzadə - 1,8 milyon avro 5. Mateuş Koxalski - 1,5 milyon avro 6. Yassin Benziya - 1,2 milyon avro 7. Toral Bayramov - 1,2 milyon avro 8. Emmanuel Addai - 1,2 milyon avro 9. Aleksey İsayev - 900 min avro 10. Elvin Cəfərquliyev - 900 min avro 11. Şahruddin Məhəmmədəliyev - 800 min avro 12. Fabian Buntiç - 700 min avro 13. Mateus Silva - 700 min avro 14. Marko Yankoviç - 600 min avro 15. Bəhlul Mustafazadə - 600 min avro 16. Musa Qurbanlı - 600 min avro 17. Abbas Hüseynov - 550 min avro 18. Abdullah Zubir - 500 min avro 19. Kevin Medina - 500 min avro 20. Redon Cica - 500 min avro 21. Patrik Andrade - 450 min avro 22. Marko Veşoviç - 200 min avro 23. Bədavi Hüseynov - 200 min avro 24. Amin Ramazanov - 200 min avro 25. Sadiq Məmmədzadə - 150 min avro 26. Riçard Almeyda - 100 min avro. "Qarabağ" tarixinin ən bahalı transferi Riçard Almeydadır. O, 2012-ci ildə Braziliyanın "Santu-Andre" klubundan 1,28 milyon avroya alınıb. Ən bahalı satış isə ötən ay 5 milyon avro qarşılığında Braziliya "Flamenqo"suna keçən Juninyoya məxsusdur. Bizim.Media