Digər

Metro ilə hər gün nə qədər sərnişin DAŞINIR?

Bu ilin yanvar ayında Bakı metropolitenindən 17 milyon 984 min 399 sərnişin istifadə edib. Bizim.Media-ya bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib. Belə ki, istifadəçilərin 580 min 213-ü güzəştli sərnişinlər olub. Orta hesabla gün ərzində 580 min 141 sərnişin daşınıb.  

Ən çox sərnişin yanvar ayının 10-da (710 min 773), ən az isə ayın 19-da (367 min 897) qeydə alınıb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə cari ilin ilk ayında sərnişin sayı 4.2 faiz artıb. Yanvar ayı ərzində 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub. Bu isə bütün ödənişli sərnişinlərin 21.14 faizi deməkdir. Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111. Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” (343 min 990), “Koroğlu” (290 min 635) və “Gənclik” (285 min 131) Yanvar ayı ərzində “Əlçatan metro” xidmətindən sağlamlıq və metrodan istifadə imkanları məhdud 60 sərnişin istifadə edib. Bizim.Media