Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb. Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror yekun olaraq hər iki müttəhimin 20 il azadlıqdan məhrum edilməsini tələb edib. Vəkillərə müdafiəyə hazırlanmaları məqsədilə vaxt verilib. Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyyən edilib. Bizim.Media