“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev karyerasını ölkə xaricində davam etdirə bilər. Bizim.Media xəbər verir ki, Polşanın “Lex” klubu futbolçunu transfer etmək istəyir. Uzun müddətdir ki, Elvinin oyununu izləyən Polşa klubunun rəsmiləri yay fasiləsində “Qarabağ”la danışıqlara başlamaq niyyətindədir. Qeyd edək ki, Elvin Cəfərquliyevin “Qarabağ”la müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq. Bizim.Media