Prezident İlham Əliyev Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bizim.Media xəbər verir ki, Sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq 1,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bizim.Media