Rusiyanın Voloqda vilayətinin hakimiyyəti miqrantlara tikinti sahələrində işləməyi qadağan edib. Bizim.Media xəbər veri ki, bu barədə Voloqda vilayətinin qubernatoru Georgi Filimonov qərar imzalayıb.
Yeni siyahıya digər məsələlərlə yanaşı, binaların tikintisi və sökülməsi, sənaye avadanlıqlarının quraşdırılması, tikinti sahələrinin hazırlanması da daxil edilib. Qeyd edək ki, bundan əvvəl Krasnodar vilayətində miqrantlara tikinti sahələrində işləmək qadağan edilib. Bizim.Media