Quba-Xınalıq yoluna bu gecə 20 sm qar yağıb. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba 5 saylı yol istismar idarəsinin əməkdaşları yolun 29-cu kilometrliyi ilə 39-cu kilometrliyi arasındakı məsafəni gün ərzində qardan təmizləyib. Əraziyə texnika və işçi qüvvəsi cəlb edilib, yolda yaranan problem aradan qaldırılıb. Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.