Ukrayna silahlı birləşmələri Kubandakı “Türk axını”qaz kəmərinə PUA hücumu edib. Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Kiyev fevralın 28-nə keçən gecə Zelenskinin Vaşinqtona səfəri fonunda “Türk axını” ilə qaz təchizatını təmin edən stansiyaya hücum cəhdi edib. Krasnodar vilayətindəki Russkaya kompressor stansiyasından təhlükəsiz məsafədə üç Ukrayna PUA-sı vurulub”, - məlumatda deyilir. Qeyd edilib ki, daha əvvəl Kiyev Rusiya Federasiyasına məxsus qaz kəmərinə iki dəfə - yanvarın 11-də "Russkaya" stansiyasına və fevralın 17-də Kropotkinskdəki CPC obyektinə hücum cəhd edib. Bizim.Media