Digər

Mahirin adı iki oyun sonra yenidən İŞTİRAK ƏRİZƏSİNDƏ

Bu gün Almaniya 2-ci bundesliqasında 24-cü turun oyunları davam etdiriləcək. Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” “Hannover”i qəbul edəcək. 23 oyundan sonra hərəyə 35 xal toplayan bu iki komanda 8-9-cu yerləri bölüşdürür. Qeyd edək ki, M.Emrelinin bu görüşün sifariş ərizəsinə daxil edilib. O, ehtiyat oyunçular sırasında yer alıb. Emreli bundan əvvəlki 2 çempionat matçında ümumiyyətlə, iştirak ərizəsində yox idi. Almaniya mediası bunu onun Cənubi Koreyanın “Seul” klubuna keçmək istəyi ilə əlaqələndirmişdi. Emreli özü isə 2 gün əvvəl “Nürnberq”də qalacağını açıqlayıb. Bizim.Media