Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində ağac kəsintisi faktı aşkar edilib. Bu haqda Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Kəsilmiş ağacların yerinə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin təşkilatçılığı və dəstəyi ilə ərazidə yaşayan sakinlərlə birgə yeni ağaclar əkilib. Bizim.Media