Dərs günlərinin yeri dəyişdirilib. Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 10 mart istirahət gününün yeri 27 mart iş günü ilə dəyişdirilib. “Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunmalıdır” – məlumatda qeyd olunub. Bizim.Media