Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyoru Möylə Mirzəliyev Yeni klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”a aktyorun ailə üzvləri məlumat verib. Məlumata görə, Möylə Mirzəliyev süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, bir neçə gün öncə aktyor əməliyyat olunduqdan sonra hərəkət qabiliyyətini itirib, səhhəti daha da ağırlaşıb. Bizim.Media