Belqradın mərkəzində 30 mindən çox insan hökumətə qarşı etiraz aksiyası keçirib. Bizim.Media xəbər verir ki, nümayişçilər şəhərin mərkəzinə doğru axışıblar, “15 nəfər üçün ayın 15-i” devizi ilə şüarlar səsləndirirlər. Onlar bu günə genişmiqyaslı aksiya planlaşdırırlar. Avtomobil etiraz aksiyasında izdihamın üstünə sürüb, 3 nəfəri vurub. Hadisəni törədən sürücü saxlanılıb. Qeyd edək ki, ölkədə kütləvi etirazlar dörd ay əvvəl Novi Sad şəhərində dəmiryol vağzalında tavanın uçması nəticəsində 15 nəfərin ölümündən sonra başlayıb. Bizim.Media