"Qərbi Azərbaycan İcması Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyətini davam etdirir. Məqsədimiz ali məktəblərin auditoriyalarına bu ideyanı daşımaqdır". Bizim.Media xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli ADA Universitetində keçirilən "Qərbi Azərbaycan mövzusu 100 ildə" adlı tədbirdə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, əsas məqsəd doğma yurd-yuvamıza qayıdışı gənclər arasında təbliğ etməkdir.
Onun sözlərinə görə, indiyədək Ermənistan hökuməti Qərbi Azərbaycana qayıdışla bağlı tələbimizə cavab verməyib. "Bir sıra beynəlxalq təşkilatlar cavab versə də real hərəkət, təminat yoxdur. Qərbi Azərbaycana qayıdış bütöv Azərbaycanın ideyasıdır. Bu, qəti şəkildə reallaşdırılmalıdır. İnsanlarımız sonuncu nəfərinə qədər torpaqlarımıza qayıdacaqlar", - deyə Ə.Ələkbərli fikrini yekunlaşdırıb. Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media