Bu yay transferlərdə daha diqqətli olmağa çalışan “Neftçi” güclənməyə davam edir. Bakılılar legioner seçimlərində lider oyunçulara güvənməyə səy göstərir. Bizim.Media xəbər verir ki, səviyyəsi mübahisə mövzusu olmayan oyunçulara böyük pullar xərcləməkdən çəkinməyən paytaxt klubu İmad Faraj üçün də fədakarlıq edib. Fransalı sağ vinger üçün AEK-ə (Larnaka) təxminən 700 min avro ödənilib. Yüksək texnikaya malik oyunçu özü isə aylıq 40 min avro maaş alacaq.
“Neftçi”nin 3 il ərzində İmada 1,2 milyon avro ödəyəcəyini nəzərə alsaq, transfer haqqı ilə birlikdə bu futbolçuya təxminən 4 milyon manat xərcləndiyini demək olar. Rəşad Rafiqoğlu, Bizim.Media