Yaponiyada internet sürəti üzrə yeni rekord müəyyən edilib. Bizim.Media xəbər verir ki, “Globe Eye News”in məlumatına görə, internetin sürəti saniyədə 1,02 petabitə çatıb. Modernləşdirilmiş optik lif (fiber-optik) xətti vasitəsilə əldə edilən bu sürət bir saniyədə bütün “Netflix” kataloqunu yükləməyə və ya təxminən 10 000 dəfə “Vikipediya”nı köçürməyə imkan verir. Qeyd edək ki, standart internet sürəti saniyədə 1 gigabitə qədərdir ki, bu da yeni rekorddan milyon dəfə yavaşdır. Bizim.Media