Digər

Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlər dəyişir – FƏRMAN

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası dəyişib. Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.  

Eyni zamanda, ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin (“Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.3-cü bəndinə əsasən hərbi qulluqçulara verilən maliyyə dəstəyi nəzərə alınmaqla) 70 faizindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 faizindən) çox olmamalıdır. Bizim.Media