Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin adı dəyişdirilib. Bizim.Media xəbər verir ki, bazar "Riko Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçiliyinə verilib. Ticarət Mərkəzi artıq bir müddətdir ki, fəaliyyətini "Riko" adı ilə davam etdirməyə başlayıb.
Xatırladaq ki, "8-ci km Ticarət Mərkəzi" MMC 2000-ci ildə yaradılıb və nizamnamə kapitalı 1 031 082 manat olub. MMC-yə qanuni təmsilçiliyi isə Rufat Qubad oğlu Məmmədov edib. 2023-cü ilin sonlarında "8-ci km Ticarət Mərkəzi" MMC (VÖEN -1600015371) ləğv olunduğunu elan edib və şirkət vergi ödəyicisi kimi ləğv olunub. Eyni zamanda həmin vaxt bazarın yeni adla fəaliyyət göstərəcəyi bildirilib. (İqtisadiyyat.az) Bizim.Media