"Son vaxtlar bəzi sosial media platformalarında, xüsusilə də "TikTok"da trol fəaliyyəti göstərən kimlərsə mənim adımdan əsassız və yalan dolu provokativ məlumatlar yayırlar". Bizim.Media xəbər verir ki, bu barədə deputat Məlahət İbrahimqızı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, növbəti belə şər və yalan məlumat bu günlərdə "TikTok"da yayılıb:
Bu yalanları yayan şəxslərə bir daha xatırlatmaq istəyirəm: provokativ, böhtan xarakterli və trol yazılarından əl çəksinlər. Azərbaycan ictimaiyyəti, eləcə də mənim seçicilərim uzun illərdir mənim mövqeyimi tanıyır və bu cür yalanlara və saxta məlumatlara heç vaxt inanmayacaqlar". Bizim.Media