Cəmiyyət

Müğənni Rəqsanə İsmayılovanın adı növbəti dələduzluq işində - Daha bir şikayətçi jurnalistlərə müraciət etdi.

Müğənni Rəqsanə İsmayılovanın adı yeni bir qalmaqallı dələduzluq işi ilə gündəmə gəlib. İddiaya görə, sənətçi özünün uzaq qohumu – Şəmkir rayon sakininin etibarından sui-istifadə edib.

Həmin şəxs mediaya müraciət edərək bildirib ki, Rəqsanə İsmayılova onu inandıraraq, həyat yoldaşının guya yüksək vəzifəli şəxslərin dəstəyi ilə həbsdən azad ediləcəyini vəd edib. Bu vədlərin qarşılığında isə ondan 94 min manat alıb, lakin sonradan sözlərin əsassız olduğu ortaya çıxıb, pul da qaytarılmayıb.

Qalmaqalda yalnız müğənninin deyil, həmçinin həyat yoldaşı Fazil Əmiraslanovun və digər yaxınlarının da adı hallanır.

Şikayətçinin sözlərinə görə o artıq hüquq-mühafizə orqanlarına da müraciət edib və Rəqsanə ilə bu mövzuda danışıqlarına  dair səs yazıları və digər sübutları təqdim eləyib, faktla bağlı araşdırmalara başlanılıb.