Digər

Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

"Barselona"nın və İspaniya millisinin 18 yaşlı hücumçusu Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq. Bizim.Media "Mundo Deportivo"ya istinadən xəbər verir ki, onu müşayiət edənlərin əksəriyyəti qohumları olacaq.  

Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi sentyabrın 22-də keçiriləcək. Bizim.Media