2025-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1 milyard 176 milyon manat olub. Bizim.Media Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 670,4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 57 faizini təşkil edib.
Hüquqi şəxslər tərəfindən əhaliyə 5006,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 90,1 faizini təşkil edib. Bizim.Media