Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək. Bu barədə Bizim.Media-ya Elm və Təshil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər //portal.edu.az/ üzərindən "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. Bizim.Media
Digər
Kolleclərin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat BAŞLAYIR
Mənbə: bizim.media