Digər

Ramiz Quliyevin son vəziyyəti AÇIQLANDI

"Yavaş-yavaş şüuru bərpa olunur. Çünki uzun müddətdir yuxulu vəziyyətdə idi. Gözləyirik nəfəs aparatından azad olunsun ki, həm rahat ünsiyyət qura, danışa bilək, həm də ki, ciyərləri tam olaraq funksiyalarını yerinə yetirsin". Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib. O qeyd edib ki, Ramiz Quliyevin müalicəsi bu gün də reanimasiyada davam etdirilir.  

Böyrəklər funksiyalarını yerinə yetirməyə başlayandan sonra baxacaqlar, əgər hər şey normal gedərsə, ola bilər ki əlavə prosedurlara ehtiyac qalmasın. Ciyərlər bərpa olunsa, gələn həftəyə evə buraxıla bilər. Amma hələ ki, həkimlər dəqiq bir şey deməyiblər", - deyə Ə.Quliyev vurğulayıb. Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın sonunda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Bizim.Media