Sabah Polşada 2026-cı il il Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baqajı yolda itib. Bizim.Media xəbər verir ki, bu barədə polşalı jurnalist Petr Slonka “Telegram” kanalında məlumat yayıb.
Qeyd edək ki, hazırda Ukrayna 4 xalla qrupda ikinci, Azərbaycan isə 1 xalla dördüncü pillədə qərarlaşıb. (Apa.az) Bizim.Media