"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) yeni rektor əvəzi təyin edilib. Bizim.Media xəbər verir ki, müvafiq əmrlə akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Böyükağa oğlu Sadıqov vəzifəsindən azad olunub. Bu vəzifəyə Eldar Qocayev təyin edilib. Eyni zamanda, Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinin icrası da Eldar Qocayevə tapşırılıb.
Xatırladaq ki, ADDA-nın sabiq rektoru Heydər Əsədov deputat seçildikdən sonra onun yerinə rektor əvəzi kimi ləğv edilmiş Dövlət Dəniz Administrasiyasının keçmiş rəhbəri Qüdrət Qurbanov təyin olunmuşdu. (Mənbə: qaynarinfo.az) Bizim.Media