Xırdalan şəhərində 15 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb. Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə şəhərin "Kristal Abşeron" yaşayış kompleksində qeydə alınıb. 2010-cu il təvəllüdlü İ.Quliyev ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Bizim.Media