Türkiyədə azərbaycanlı həkim-mütəxəssis Fərqanə Abbasova vəfat edib. Bizim Media xəbər verir ki, bu barədə Türkiyə Psixiatriya Dərnəyi "Instagram" hesabında açıqlama yayıb. Onun ölüm səbəbi barədə məlumat verilməyib. Fərqanə Abbasova 2016-cı ildə Azərbaycan Tibb Universitetindən məzun olub. 2021-ci ildə o, İstanbul Universiteti - Cərrahpaşa Tibb Fakültəsi Psixi sağlamlıq və xəstəliklər ixtisası üzrə məzun olub, Türkiyədə bir sıra xəstəxanalarda işləyib. Bizim Media