Geomaqnit qasırğası müşahidə olunur. Bu barədə Bizim.Media-ya Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, noyabrın 7-8-də Günəşin cənub yarımkürəsində alışmalar hesabına aktivlik yüksək səviyyədə qalacaq.
Günəş aktivliyi radiorabitə siqnallarını noyabrın 8-də 70-80%, noyabrın 9-da 30-35% əngəlləyə bilən M sinif alışmalar hesabına artıb. Azərbaycanın da daxil olduğu orta coğrafi enliklərdə noyabrın 7-də qasırğanın gücü Kp infeksi ilə 6 olacaq, sonrakı günlər azalaraq fon səviyyəsinə qayıdacaq. Bizim.Media