Müğənni Səidə Dadaşova xalası - Xalq artisti Brilliant Dadaşovanın özü və həyat yoldaşı ilə bağlı iddialarına cavab verib. Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Tarixin bir günü” verilişində danışıb. Səidə Xalq artistinin “Həyat yoldaşı Səidənin qabırğasını sındırıb” iddiasına qarşı bunları söyləyib: “Brilliant xanıma, xalama böyük hörmətlə yanaşıram. Həmişə qayğıkeşdir, atam vəfat edəndən sonra təkliyə qapanmışdım. Doğrudan da xoşbəxtəm. Hansı ailədə problem olmur? Uşağım məktəbə gedir, dedilər ki, bu nə deməkdir? Əgər nəsə olubsa da, zəng et mənə, de ki, nə olub? Uşağım böyük travma yaşayır. Sadəcə öz anamdan danışmışam, dedilər ki, ananı saymırsan.
Allah 35 yaşımda mənə övlad payı verdi, imkan verin, rahat yaşayım. Mən bir insana tabe olmuşam, canıma yananım getdi. İndi də həyat yoldaşıma və oğluma tabeyəm. Elə bilirdim yanımda heç kim yoxdur, amma çox sağ olun, çox xoşbəxtəm, yanlış məlumatlar var, ona aydınlıq gətirdim, bəlkə onu da doldurublar. Əsəbi vaxtımda demişəm”. Sara, Bizim.Media