Digər

Bu il Azərbaycanda istehsal olunan avtomobillərin SAYI

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3280 ədəd minik avtomobili, 273 ədəd isə yük avtomobili istehsal edilib. Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 26%, yük avtomobili istehsalı isə 31.6% azalıb.  

Hesabat dövründə ölkədə 427 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7% azdır. Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib. Bizim.Media