Digər

Yaşayış minimumu ARTIRILIR – Yeni MƏBLƏĞ

2026-ci ildə yaşayış minimumu və ehtiyac meyarının həddi 300 manat olacaq. Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində öz əksini tapıb. Layihələrə əsasən, yaşayış minimumu və ehtiyac meyarı 285 manatdan 300 manata çatdırılır. 2026-ci ildə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat proqnozlaşdırılır. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Qeyd edək ki, 2025-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Günay Şahmar, Bizim.Media