Dünya

Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini HAZIRLAYIR

Avropa Komissiyası Rusiyaya qarşı sayca 20-ci sanksiyalar paketinin hazırlanması üzrə işlərə başlayıb. Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyanın nümayəndəsi Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə bəyan edib. “Biz Rusiyaya qarşı 20-ci sanksiyalar paketi üzərində işləyirik”, - deyə o bəyan edib. Brifinqdə çıxış edən Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu bildirib ki, Ukrayna münaqişəsi nizamlansa belə, Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin ekspropriasiyası səylərini davam etdirəcək. Bizim.Media