Pavel Durov qurucusu olduğu “Telegram” platformasında yeni hədiyyə hərracını elan edib. Bizim.Media xəbər verir ki, hədiyyə olaraq ənənələri, azadlığı və hörməti simvolizə edən Həbib Nurməhəmmədovun kolleksiya papaqları təqdim olunacaq. Hərrac noyabrın 22-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Həbib Nurməhəmmədov UFC-də məğlubedilməz döyüşçü sayılır. O, 29 döyüşdə iştirak edib və heç birində uduzmayıb. Bizim.Media