Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub. Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, liderlər Ukraynadakı vəziyyət, o cümlədən ABŞ-ın nizamlama təklifləri kontekstində fikir mübadiləsi aparıblar. Putin Rusiyanın Ukrayna böhranının siyasi və diplomatik yolla həllində maraqlı olduğunu bir daha təsdiqləyib. Rusiya lideri həmçinin qeyd edib ki, ABŞ-ın Ukrayna ilə bağlı hazırkı təklifləri nizamlama üçün əsas təşkil edə bilər.
Ərdoğan Putinlə G20 sammitinə səfəri və bir neçə iştirakçı ölkənin rəhbərləri ilə görüşləri ilə bağlı təəssüratlarını bölüşüb. Putin və Ərdoğan müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər. Bizim.Media