Digər

Konte “Qarabağ” üzərindəki qələbəni Maradonaya həsr etmək İSTƏYİR

"Napoli" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Bizim.Media xəbər verir ki, İtaliya çempionunun baş məşqçisi Antonio Konte matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.  56 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinə qarşı diqqətli olmağın vacibliyini bildirib: “Biz qarşılaşmaya lazımi enerji ilə gəlirik. Çünki şənbə günü "Atalanta" ilə oyunda qələbə qazandıq. Qiymətləndirmələr apardıqdan sonra heyətlə bağlı qərar verəcəm. Nəzarət edə bildiyim dəyərləndirmələr var. Bir də nəzarət edə bilmədiklərim, məsələn, zədələr. Amma döyüşməyə hazırıq.   

Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə 00:00-da start götürəcək. Bizim.Media