Dünya

Honq Konqda güclü yanğın: 4 ölü, 9 yaralı var – ANBAAN VİDEO

Honq Konqun Tai Po adlı şimal rayonunda yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasını əhatə edən güclü yanğın nəticəsində dörd nəfər həlak olub. Bizim.Media xəbər verir ki, bu barədə Reuters yazıb. Yanğın zamanı binada olan 13 nəfərin, o cümlədən iki azyaşlı uşağın taleyi hələ də naməlum olaraq qalır.  

İlkin məlumatlara görə, yanğın yerli karaoke-barında başlayıb və alov tez bir zamanda kosmetik təmir üçün binaların ətrafına quraşdırılmış üzlüklərə yayılıb. Qeyd olunur ki, yanğınsöndürənlər 31 mərtəbəli binaları əhatə edən alovu söndürməkdə çətinliklərlə üzləşiblər. Yaşayış kompleksi səkkiz korpusdan ibarətdir. Bizim.Media