Digər

Ata Abdullayev azadlığa çıxmaq istəyir

Bir neçə nəfəri şantaj etmə ittihamı ilə 7 illik həbs edilən bloqer Ata Abdullayev azadlığa çıxmaq istəyir. Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, o, vaxtından tez sərbəst buraxılmaq məqsədilə məhkəməyə müraciət edib.  

Məhkəmə Ata Abdullayevi vaxtından əvvəl azadlığa buraxmayıb. Onun ərizəsi geri qaytarılıb. Qeyd edək ki, Ata Abdullayev 2021-ci ilin martından həbsdədir. Bizim.Media