Digər

Mətbəxinizdə varsa, dərhal atın

Alimlər uzun müddət açıq vəziyyətdə saxlanılan zeytun yağının sağlamlıq üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib. Bildirilib ki, mətbəxdə aylarla kənarda qalan, istifadəsiz açılmış zeytun yağı zaman keçdikcə oksidləşir və toksik maddələr əmələ gətirə bilər. Bu birləşmələr xüsusilə ürək və damar sistemi üçün təhlükəli hesab olunur. Bizim.Media xəbər verir ki, qidalanma mütəxəssislərinin sözlərinə görə, zeytun yağı hava, işıq və istiliklə təmas etdikdə kimyəvi strukturu dəyişir.  

Zeytun yağı texnologiyası üzrə ixtisaslaşmış qida mühəndisləri isə bildirirlər ki, aylarla açıq qalmış yağ artıq "sağlam yağ" xüsusiyyətini itirir. Belə yağlarda acı dad, kəskin qoxu və bulanıq görüntü əmələ gəlir. Alimlər oksidləşmiş yağların istehlakının ürək və damar sisteminə birbaşa mənfi təsir göstərdiyini bildirir. Bu maddələr damar divarlarında oksidativ stress yarada bilər və uzunmüddətli istifadədə kardiyovaskulyar riskləri artırır. Xüsusilə xroniki xəstəliyi olan şəxslər üçün bu məsələ daha da önəmlidir.

Əgər yağ uzun müddətdir açıq vəziyyətdə qalıbsa və dadında, qoxusunda dəyişiklik hiss olunursa, onu qənaət məqsədi ilə istifadə etməyə çalışmaq sağlıq üçün təhlükə yarada bilər. Alimlər zeytun yağının aşağıdakı kimi saxlanmasını tövsiyə edir: Sərin və qaranlıq yerdə İşıq keçirməyən tünd rəngli şüşə qabda Yaxşı bağlanmış qapaqla Bu şərtlər oksidləşmə prosesini ləngidir və yağın daha uzun müddət təravətli qalmasını təmin edir. (Milli.az) Bizim.Media