Digər

Siyəzəndə yaralanan şəxslərin kimliyi AÇIQLANDI - ÖZƏL

Bakı–Quba yolunun 115-ci kilometrliyində – Siyəzən rayonunun Yenikənd kəndindən keçən hissəsində qəza törədən “Kia Sportage” markalı avtomobildə yaralanan şəxslərin kimliyi bəlli olub. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yaralanan şəxslərdən biri 25 yaşlı sürücü Seymur Zahid oğlu Ağayev, digəri isə onun sərnişini – 25 yaşlı Aqil Qabil oğlu Qasımovdur. Yaralanan şəxslərin hər ikisi Şabran rayon sakinləridir. Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu