Digər

Qaxda "BMW" QƏZA törətdi

Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində qəza baş verib. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sürət həddini aşan "BMW" qəza törədib.  

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Baş vermiş qəza ilə bağlı araşdırma aparılır. Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu