Digər

Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə İTTİHAM EDİB – VİDEO

“Zəngəzurdan (Sünik) Ermənistan üçün belə faydalı marşrutun açılmasının hələ də kağız üzərində qalması çox üzücüdür. Bunun səbəbini İrəvanın mövqeyində görürəm”.  Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.  O, Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə ittiham edib.   “Razılığa gəlinib ki, bütün marşrutlar açıldıqdan sonra Azərbaycan və Ermənistan öz ərazilərində bu marşrutlar üzərində yurisdiksiya və suverenliklərini saxlasınlar” – o bildirib.   

Bizim.Media