Digər
Tanınmış iş adamı şirkətdən əmlak tələb edir
"ATEF Şirkətlər Qrupu” "Fortuna F.M” MMC-dən əmlak tələb edir.
Valyuta.az xəbər verir ki, şirkət bununla bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
İş hakim Ülkər Həsənovanın icraatındadır.
"ATEF Şirkət Qrupu”nun sahibi tanınmış iş adamı Talıb Əlixanbəyovdur. O, həm də şirkətin Müşahidə Şurasının sədridir. İş adamının oğlu Emil Əlixanbəyov isə "ATEF Şirkətlər Qrupu”nun qanuni təmsilçisidir.
Talıb Əlixanbəyov Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı təşkilatının İdarə Heyətinin üzvüdür.
Bundan əvvəl "Fortuna F.M” MMC "ATEF Şirkətlər Qrupu”nu məhkəməyə verib. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsinə dair mübahisələrdən ibarət olub.