Texnologiya
ABŞ səs robotlarını qadağan etməyi hazırlaşır - Baydenin səsinə görə...
ABŞ canlı insanlara telefon danışığı zamanı robotlardan istifadəni qadağan etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Engadget" məlumat yayıb.
Nəşr Federal Rabitə Komissiyasının (FCC) sədri Cessika Rosenvorselin bəyanatına istinad edərək yazıb ki, AI tərəfindən yaradılan səs və görüntünün klonlaşdırılması artıq çaşqınlıq yaradır və istehlakçıları fırıldaqçılığın qanuni olduğuna inanmağa vadar edir.
Prosesə səbəb Nyu-Hempşir ştatında baş verən insident olub. Yerli sakinlər ABŞ prezidenti Co Baydenin adından (onun səsi ilə) onları əyalətlərində ilkin seçkilərdə iştirak etməməyə çağıran zənglər almağa başlayıblar. Sonradan məlum olub ki, zəng "ElevenLabs" startapı tərəfindən süni intellekt alətlərindən istifadə edilməklə edilib.
Aydın