Texnologiya

Hakerlər kiber və sevgi fırıldaqçıları üçün yeni süni intellekt çatbotları yaradıb

Haker icmaları kiber fırıldaqçılıq və məlumat oğurluğunu dəstəkləmək üçün öz ağıllı çatbotlarını yaratmağa başlayıblar.  Qaynarinfo xəbər verir ki, bu barədə "The Conversation" məlumat yayıb. Europolun (İnterpolun Avropa bölməsi) məlumatına görə, artıq kriminal mühitdə iri dil modellərinə əsaslanan azı bir neçə süni intellekt (AI) fəaliyyət göstərir. Onlardan ikisi - WormGPT və FraudGPT - zərərli proqramların yaradılmasına, təhlükəsizlik sistemlərində boşluqların axtarışına və elektron cihazların saxtakarlığı və sındırılması üsulları üzrə tövsiyələrin verilməsinə yönəlib. Başqa bir çatbot - Love-GPT sevgi fırıldaqlarını həyata keçirmək üçün istifadə olunur. Onun köməyi ilə hakerlər tanışlıq xidmətlərinin istifadəçilərindən pul və qiymətli məlumatları cəlb etmək üçün "Tinder" və digər tanışlıq proqramlarında saxta profillər yaradıblar. Europol, ABŞ Kibertəhlükəsizliyi və İnfrastrukturun Mühafizəsi Agentliyi və Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi süni intellektdən istifadə edərək hücumlardan qorunmaq üçün yeni təhdidlər və tədbirləri təsvir edən təlimat dərc edib. Materiallarda deyilir ki, süni intellekt artıq irimiqyaslı fişinq kampaniyalarının təşkili üçün istifadə olunur, bu kampaniya zamanı istifadəçilərə saxta saytlara keçidlər olan mesajlar göndərilir. Saxta səhifələr onların bank kartı məlumatlarını və digər şəxsi məlumatlarını oğurlamaq üçün istifadə olunur. Süni intellektin imkanları bu cür mesajları fərdi istifadəçilər üçün fərdiləşdirməyə imkan verir ki, bu da hakerlərin uğur şanslarını artırır. Aydın